
Azərbaycan Tibb Universitetinin (ATU) İctimai səhiyyə fakültəsinin dosenti Nərminə Göyüşova “Planet FM” radiosunun "İqlim gündəliyi" verilişinin qonağı olub.
Verilişdə dosent Nərminə Göyüşova iqlim dəyişikliyi ilə ictimai səhiyyə arasındakı birbaşa əlaqələrdən bəhs edib. O, ekstremal isti dalğalarının insan sağlamlığına təsirləri, havanın çirklənməsi, yoluxucu və vektor mənşəli xəstəliklərin yayılması ilə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsində iştirak edib.
Müzakirələr zamanı qlobal və lokal iqlim riskləri, hamilələr, uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olan şəxslər kimi həssas əhali qruplarının qorunması yolları, eləcə də ekonarahatlığın psixoloji sağlamlığa təsiri diqqət mərkəzində olub.
Veriliş çərçivəsində iqlim dəyişikliyinin sağlamlıq sahəsində yaratdığı çağırışlar və bu risklərin azaldılması istiqamətində maarifləndirmənin əhəmiyyəti də vurğulanıb.
