Dövlət Bayraq Günü münasibətilə Azərbaycan Tibb Universitetinin ictimai fənlər kafedrasında “Bayrağımız milli qürurumuzdur” mövzusunda TEC konfransı keçirilib.
Konfransın əvvəlində İctimai fənlər kafedrasının müdiri, prof. Qoşqar Əliyev giriş sözü ilə çıxış edərək Azərbaycanın müstəqillik tarixi haqqında tələbələrə geniş məlumat verdi. Qeyd etdi ki, müstəqil dövlətin atributları və simvolların arasında dövlət bayrağı böyük əhəmiyyət daşıyır. Professor xatırlatdı ki, hələ 1990-cı ilin noyabrında Ulu öndər Heydər Əliyev Naxçıvanda olarkən ilk dəfə orada Naxçıvan Muxtar SS Respublikasının adından “Sovet Sosialist” sözləri götürülməsi və üçrəngli bayrağın dövlət bayrağı kimi qəbul edilməsi təklifini irəli sürmüşdü. Sonradan 1991-ci fevralın 5-də Azərbaycan Respublikasının Milli Məclisi üçrəngli Bayrağı dövlət bayrağı elan etdi.
Sonra II müalicə-profilaktika fakültəsinin dekanı dos. İsrail Məhərrəmbəyli çıxış edərək gənc nəsildə dövlətin əsas rəmzlərinə, o cümlədən bayrağa hörmət hissi aşılanmalıdır. Hər bir kəs dövlət atributlarının müstəqillik tarixində mühüm rol oynaığını bilməlidir.
İctimai fənlər kafedrasının baş müəllimi, t.ü.f.d. Aidə Təhməzova TEC konfransını açıq elan edərək konfransa işində uğurlar arzuladı. Tələbələr Fəridə Primova (Qr.317 a 12), Anaxanım Məmmədova (Qr.317 a 8), Ayner Abdullayeva (Qr.317 a 11), Nübar Dəmirova (Qr.317 a 7), Könül Aslanova (Qr.317 a 11), Günel Tamarova (Qr.317 a 7) və başqalarının çıxışları konfrans iştirakçıları tərəfindən rəğbətlə qarşılandı. Bu tələbələr əsasən baş müəllim, t.ü.f.d. L.A. Talışinski, baş müəllim, t.ü.f.d. A.B. Təhməzovanın, baş müəllim f.ü.f.d. F.M.Qəniyevanın rəhbərliyi altında hazırlaşıblar.