Azərbaycan Tibb Universitetinin (ATU) bir qrup tələbəsi İctimai fənlər kafedrasının təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində bilik yarışında iştirak edib.
Emil Aslan, Ləman Səfərli, Mircavad Mirbabayev, Nuranə Mənsimzadə, Ramin Əliyev, Bəyim Əzizli, Rəsul Mustafazadə və İlqar Cəfərov öz biliklərini sınayıblar. Tələbələrdən ibarət komandamız bilik yarışında uğurlu iştirakına görə serttifikata layiq görülüb.
Yarış ümummilli lider Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin və irsinin öyrənilməsinə həsr olunub və Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin tələbələri arasında təşkil olunub.