Laparoskopik Cərrahiyyə və Korrekteal Cərrahiyyə texnikaları mövsuzundakı kursun məqsədi professor-müəllim heyətinin peşəkarlığının artırılmasıdır
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Türkiyənin “Ulusal Endoskopik Laparoskopik Cerrahi Derneği”, İstanbul Universitetinin “Sürekli Tıp Eğitim Araştırma və Uygulama Merkezi” və Tədris Cərrahiyyə Klinikasının təşkilatçılığı ilə online konfrans keçirilib. Yanvarın 18-də baş tutan konfrans Laparoskopik Cərrahiyyə Kursu, Korrekteal Cərrahiyyə texnikaları mövzularına həsr edilib.
Konfrans zamanı iki günlük kurs proqramında, əməliyyatlarda çəkilmiş görüntülər nümayiş etdirilib, laparoskopik kolorektal cərrahi sahəsində müasir metodların texniki incəlikləri doktor və rezidentlərə çatdırılıb.
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında mütəmadi olaraq elmi-praktik seminarlar təşkil olunur. Bu seminarların məqsədi professor-müəllim heyətinin pedaqoji ustalığını artırmaq, metodiki bilik və bacarıqlarını təkmilləşdirmək və tədrisin keyfiyyətini yüksəltməkdir.
Seminarların mövzusu hər dəfə qışda və yayda dərs prosesi başa çatdıqdan sonra müəyyənləşdirilir. Növbəti semestrdə keçiləcək dərslərə aid bölgülər aparılır, müəllimlərə proqrama uyğun mövzular verilir.
Qeyd edək ki, kafedrada tətbiq olunan multimedia sistemi seminarların gedişini auditoriyadan kənarda da izləmək imkanı yaradır.