Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında (TCK) rezidentlərlə görüş baş tutub.
Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev görüşün məqsədinin klinikada rezidentlərin təhsili, problemləri və bu problemlərin həlli yolunun araşdırması olduğunu deyib. O bildirib ki, rezidentura ixtisaslaşmış həkim hazırlığında böyül rol oynayır. Rezidenturanın əsas məqsədinin müstəqil fəaliyyət bacarığını əldəetmiş, fəal həkim kadrlarının hazırlanması olduğunu qeyd edib: “Yəni rezidenturanı bitirmiş həkim, öz sahəsi üzrə müstəqil fəaliyyət göstərmək, müalicə və əməliyyat etmək bacarıqlarına yiyələnəcək. Dünyada rezidentura sistemi artıq neçə illərdir ki, tətbiq olunur. Azərbaycan MDB məkanında ilk bu sistemi quran ölkələrdən biridir. Ukrayna, Rusiya, Qazaxıstanda bu sistem yoxdur. Onlarda indi də diskusiyyalar gedir ki, diplomdan sonrakı təhsil hansı sistemdə aparılsın. Dövlətin qayğısı nəticəsində bizdə bu sistem artıq var. Bu, böyük nailiyyətdir. Düzdür, bu sahədə müəyyən prblemlər mövcuddur. Amma bu problemləri həll etmək üçün əlimizdən gələni edirik”.
Daha sonra ATU TCK-nın direktorunun tədris və elmi məsələləri üzrə müavini, professor Davud Pənahov klinikadakı rezidentlərin fəaliyyəti haqqında monitoriq şəklində çıxış edib. İclasda rezidentlərin fikirləri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, iclasda kafedra müdirləri, klinika rəhbərliyi və rezidentlərin kuratorları iştirak edib.