Hacettepe Universitetinin mütəxəssisləri ATU-da olub
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Dünya Bankının "Səhiyyə sektorunda islahatlar layihəsi" çərçivəsində keçirilən tədbir zamanı diplomaqədər və diplomdan sonrakı tibb təhsilinin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Toplantıda əsasən rezidentura təhsili ilə əlaqədar iki universitet arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. Hacettepe Universitetində baza təhsilindən sonrakı pillə üzrə təhsil imkanları ilə bağlı video təqdimat baş tutub. Azərbaycanda diplomdan sonrakı tibbi təhsilin inkişafı və təkmilləşməsi, rezidentura təhsili sahəsində ayrı-ayrı ixtisaslar üzrə tədris proqramlarının icmalı həyata keçirilib, onların təhlili və beynəlxalq standartlara uyğunlaşması üzrə fəaliyyət istiqamətləri müzakirə edilib.
Hacettepe Universitetin tibb fakültəsinin təmsilçisi professor Dr. Zafer Öztekin başçılığı ilə nümayəndə heyətinin iştirak etdiyi toplantıda Azərbaycan tərəfindən ATU-nun elmi işlər üzər prorektoru professor İbrahim İsayev, ATU-nun rezidentura şöbəsinin müdiri Rizvan Məmmədov və beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəhimə Qəbulova iştirak ediblər. Hacıtəpə Universitetindən gələn nümayəndə heyətinə professorlar Şevkat Bahar Özvaşır, Sarp Uner, Sevgi Turan daxil olub.