21-23 mart tarixində Almaniyanın Bonn şəhərində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təşkil olunmuş “Ətraf mühit və sağlamlıq” mövzusunda Beynəlxalq işçi qrupunun iclası keçirilib.
Tədbirdə Azərbaycanı səhiyyə sektoru üzrə ekspert-toksikoloq, dosent İsmayıl Əfəndiyev, ekologiya sektoru üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Emin Qarabağlı təmsil ediblər.
Toplantıda Avropa regionunun 54 ölkədən və beynəlxalq təşkilatlardan olan ekspert nümayəndələri aktual müzakirələr nəticəsində ekologiya və ətraf mühitin yaxşılaşması ilə insan orqanizminə uzunmüddətli müsbət təsirinin olmasını barədə konkret tədbirlər planı hazırlayaraq, təqdim ediblər.
Görüşdə Ümumdünya Səhiyyə Təşkilatı və Avropa Birliyinin “İnsan sağlamlığı və rifağı naminə strategiyası” işlənilib və Avropa ÜST regionuna daxil olan ölkələrinin səhiyyə və ekologiya nazirlərinin müzakirəsinə təqdim olunub.