11-15 aprel 2018-ci il tarixlərində Türkiyənin Antalya şəhərində Türk Toraks Dərnəyinin 21-ci illik konqresi keçirilib. Beynəlxalq tədbirdə ABŞ, Böyük Britaniya, Türkiyə, Azərbaycan və s. ölkələri təmsil edən 1000 nəfərdən çox nümayəndə heyəti iştirak edib. Konqresdə ölkəmizi Azərbaycan Tibb Universitetinin Ftiziatriya kafedrasının dosenti Ceyhun İsmayılzadə təmsil edib.
Türkiyə Səhiyyə Nazirliyinin, Türk Toraks Dərnəyinin, Avropa Respirator Cəmiyyətinin və Amerika Toraks Cəmiyyətinin dəstəyi ilə təşkil olunan bu tədbordə müasir tibbin bəzi sahələrində dair aktual məsələlər müzakirə olunub. Açılış mərasimində Türk Toraks Dərnəyinin sədri professor A.Fuat Kalyoncu, konqresin sədri professor Nurdan Köktürk, Amerika Toraks Cəmiyyətinin nümayəndəsi professor Marc Moss, Avropa Respirator Cəmiyyətinin nümayəndəsi Guy Joos və başqaları çıxış ediblər.
Dörd gün davam edən beynəlxalq toplantının sessiyalarında pulmonologiya və ftiziatriyanın aktual problemləri haqqında fikir mübadiləsi aparılıb. Bu zaman ağciyərlərin xronik obstruktiv xəstəlikləri, bronxial astma, vərəm və s. xəstəliklərin müasir diaqnostika və müalicə üsulları haqqında məruzələr təqdim olunub, maraqlı müzakirələr aparılıb.