Elmi Şuranın iclası keçirilib
Bu gün, iyunun 25-də Azərbaycan Tibb Universitetində Elmi Şura keçirilib. Toplantıda 2012-2013-cü tədris ilində Dövlət Attestasiya Komissiyası sədrinin ATU üzrə hesabatı səsləndirilib. Şuranın iclasında həmçinin gənc mütəxəssislərin hazırlanması işinin yaxşılaşdırılmasında ATU kollektivinin vəzifələri haqqında məruzə edilib.
Elmi Şura daha sonra 2013-2014-cü tədris ili üçün universitet üzrə tədris planlarının təsdiqi məsələsini müzakirəyə çıxarıb. Bu məsələ ilə bağlı ATU-nun tədris hissə müdiri dos.N.V.Qasımov məruzə ilə çıxış edib. Növbəti tədris ili üçün ATU-nun iş planının təsdiqi ilə əlaqədar ATU-nun elmi katibi prof. İ.İ.İsayevin məruzəsi dinlənilib. Toplantının sonunda cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, müxtəlif təkliflər müzakirə olunub.