ATU-nun ictimai fənnlər kafedrasının TEC-in təşkilatçılığı ilə “Azərbaycanın Müstəqilliyi Günü”nə həsr olunmuş konfrans keçirilib. Konfransı giriş sözü ilə açan kafedranın müdiri, professor Qoşqar Əliyev xalqımızın müstəqillik qazanması yolunda apardığı şərəfli mübarizədən, qazanılan müstəqilliyin ulu öndər Heydər Əliyev tərəfindən necə qorunub saxlanmasından və inkişaf etdirilməsindən geniş söhbət açıb. 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edildiyini və Aktda qeyd edildiyi kimi, müstəqil Azərbaycan dövlətinin 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğunu bildirib.
Q.Əliyev qeyd edib ki, dövlət müstəqilliyimizin əldə edilməsi hansı çətinliklərin bahasına başa gəlibsə, onun qorunub gələcək nəsillərə ötürülməsi ondan da çətin olub: “Bu şərəfli və ağır yükün məsuliyyəti ulu öndər Heydər Əliyevin çiyinlərinə düşüb. Məhz onun apardığı müdrik siyasətin nəticəsində Azərbaycan Avropaya inteqrasiya olunmuş və regionun inkişaf etmiş ölkələri arasında öndə gedir” – deyən kafedra müidiri bu gün ölkə başçısı İlham Əliyevin apardığı ardıcıl siyasət nəticəsində ölkəmizin dünya dövlətləri arasında nüfuzunun günü-gündən daha da artırdığını və qazanılan nüfuzun ləyaqətlə qorunub saxlandığını bildirib.
Tədbirdə iştirak edən II müalicə-profilaktika faültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli, ictimai səhiyyə fakültəsinin dekanı, dosent Anar Ağayev, stomatologiya fakültəsinin dekan müavini Kamran Babayev də içtirak edib. Onlar da konfransın işinə və konfransda çıxış edən tələbələrə uğular arzulayıb, tələbələrin müstəqilliyimizin tarixi ilə bağlı etdikləri məruzələri dinləyiblər.
Tələbələrdən Rəvan Ağayevin “Azərbaycanın bugünkü uğurlu inkişafı müstəqilliyimizin nəticəsidir”, Xədicə Quliyevanın “Müstəqilliyimiz ümummili lider Heydər Əliyevin nəsillərə əmanətidir”, Nihad Aslanzadənin “Dövlət müstəqilliyi xalqımızın ən böyük nemətidir”, Rəna Əliyevanın “Müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir”, Mətin Ağazadənin“Müstəqilliyimiz dönməzdir”, Yasəmən Qurbanovanın “Müstəqilliyimiz əbədidir”, Lalə Ağayevanın “Heydər Əliyevin müstəqilliyin möhkəmləndirilməsi uğrunda gördüyü tədbirlər”, Amir Vafadoust Hassanın “İndepende of Azerbaijan Respublic” mövzusunda etdiyi çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb, konfrans geniş diskussiya şəraitində öz işini başa çatdırıb.