Azərbaycan Tibb Universitetinin (ATU) ictimai səhiyyə fakültə dekanlığının nümayəndələri I kurs tələbələri ilə növəbti görüş keçiriblər. Görüşdə tələbələrin valideynləri və digər yaxınları iştirak ediblər.
ATU-nun ictimai səhiyyə fakültəsinin dekanı, dosent Anar Ağayev görüş iştirakçılarına tədris proqramı, təhsil prosesin ümumi tələbləri, fakültənin nəzdindəki kafedraların iş prinsipi haqqında geniş məlumat verib.
Görüşdə tələbələr dərs proqramı, təhsil zamanı üzləşdikləri çətinliklər və onları maraqlandıran digər sualları səsləndiriblər. İnteraktiv formada keçən görüşdə fakültə rəhbərliyi ilə tələbələr arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində atılacaq addımlar da müzakirə olunub.