Ümumdünya Səhiyyə təşkilatının (ÜST) Azərbaycandakı ofisinin rəhbəri xanım Hande Harmancının rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin qonağı olub. Nümayəndə heyəti ilə görüş zamanı ATU-nun rektoru, professor Gəray Gəraybəyli universitetlə ÜST arasında uzun illik əməkdaşlığın mövcud olduğunu bildirib. Qeyd edib ki, hələ 10 il əvvəl Azərbaycanda Psixi sağlamlıq üzrə milli koordinator qismində ÜST ilə birgə işlər görülüb.
G.Gəraybəyli ÜST-nin Azərbaycan ofisinin rəhbərinin Türkiyə təmsilçisi olmasından məmnunluğunu dilə gətirdi. Və Azərbaycan Tibb Universitetinin Türkiyənin ali məktəbləri ilə dostluq və qardaşlıq münasibətlərinə əsaslanan xüsusi əlaqələrinin mövcud olduğunu bildirdi.
Rektor həmçinin ATU-nun tədris proqramında nəzərdə tutulan yenilik və islahatlar barədə qonağa məlumat verdi. Qeyd etdi ki, yaxın vaxtlarda bakalavr proqramı üzrə “tibb bacısı” və ictimai səhiyyə, fizioterapiya ixtisaslarının açılması nəzərdə tutulub. Bundan əlavə, tibb təhsili (health menegment) və ictimai səhiyyə (public health) ixtisaslarının təsis olunması üçün işlər görülür. Tibbi təhsil yönün000də bizdə master proramı üzrə proqram hazırlamışıq.
G.Gəraybəyli qeyd dib ki, bu ildən etibarən ATU-da “Təhsilin keyfiyyətinin təminatı sistemi haqqında” bəyannəmə imzalanıb. Və artıq ATU-nun müəllim heyətinin peşə fəaliyyəti reytinq balları ilə qiymətləndirilir. Gələcəkdə qabaqcıl tədris prosesinə nail olmaq üçün tam müasir, praktik, tam elektronlaşmış hibrid laboratoriyasının yaradılması planlaşıdılırır. Həmçinin, müasir, kompüter zalları olan kitabxanaların quraşdırılması nəzərdə tutulur. Professor G.Gəraybəyli bu və digər istiqamətdə ÜST ilə əməkdaşlığa şad olacağını bildirdi.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan ofisinin rəhbəri Dr. Hande Harmancı Bakıda işə başladığı qısa müddət ərzində bir çox görüşlər keçirdiyini bildirdi. Lakin ixtisasca tibb təhsili alan və Mərmərə Universitetində 11 il professor kimi işlədiyini deyən Hande xanım Tibb Universiteti ilə əlaqələrin güclənməsinə daha çox önəm verdiyini dedi: “Çünki planlaşdırdığımız yeniliklərin bir qismi tibb sahəsində aid olduğundan, bu, çox əhəmiyyətlidir. Bundan əvvəl Mərmərə Universitetində “Tibb təhsilinin keyfiyyətinin artırılması” üzrə 5 illik proqram icra etdik.
Layihənin nəticəsi çox gözəl oldu. Ümid dirəm ki, Azərbaycan Tibb Universiteti ilə də nümunəvi əməkdaşlığımız olacaq və sizin tələbələrə bacardığımı yardım göstərə biləcəyik”.
Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Nadir Zeynalov, ÜST-un proqram üzrə koordinatoru Cəvahir Süleymanova iştirak edirdilər.