Oktyabrın 30-dan noyabrın 2-dək Rusiyanın Soçi səhərində “Sosial əhəmiyyətli və xüsusi təhlükəli yoluxucu xəstəliklər” V beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransda Azərbaycan Tibb Universitetinin mikrobiologiya və immunologiya kafedrasının professoru Nigar Ağayeva, dosent Həyat Əliyeva, patoloji fiziologiya kafedrasının baş müəllimi Sevinc Hacıyeva iştirak ediblər. Tədbirdə bölmə sədrliyi N. Ağayevaya həvalə edilib. O, həmçinin “Müəyyən növ göbəliklərin antibiotiklərə qarşı həssaslığı” mövzusunda məruzə ilə çıxış edib.