II Müalicə-profilaktika fakültəsinin IV kurs, 211b, 213c qrupunun tələbələri üçün açıq mühazirə keçirilib. İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının dosenti Rafiq Liftiyev “Şəhər əhalisinə tibbi xidmətin təşkili, formaları, prinsipləri, metodları: kənd əhalisinə tibbi xidmətin təşkili, xüsusiyyətləri və formaları” mövzusunda mühazirə oxuyub.
Məruzəçi şəhər poliklinikası, onun vəsifələri, profilaktika işi, dispenzarizasiya məsələlərindən bəhs edib. O, eyni zamanda şəhər əhalisinə stasionar yardımın, kənd əhalisinə tibbi xidmətin təşkili, tibbi xidmətin təşkili zamanı özünəmnəxsus cəhətlər və mövzuya uyğun digər məsələlərə toxunub.
Diskussiya şəraitində keçən mühazirədə tələbələrlə yanaşı, kafedranın aparıcı müəllimləri də iştirak ediblər.