Başkent Univerisiteti professorunun məruzəsi maraqla qarşılanıb

Noyabrın 22-də Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında seminar keçirilib.

 

Seminarda Türkiyənin Başkent Universitetinin professoru Siren Sezer həkimlər və universitetin tələbələri qarşısında “Xroniki böyrək xəstəliklərinin diaqnostik meyarları” mövzusunda geniş mərzuzə ilə çıxış edib.

 

Professor iş təcrübəsi zamanı müxtəlif yaş qruplarında müayinə olunmuş bir neçə ağır xəstənin ümumi vəziyyətindən söhbət açıb. Sonra zalda əyləşən həmkarlarına müraciət edərək ayrı-ayrı xəstələrin farmakoloji anamnezləri ilə bağlı onların hansı müalicə üsulunu seçəcəyi, xəstəyə hansı dərman preparatını təyin edəcəyi ilə maqraqlanıb. Məruzəçinin seçdiyi bu taktika zalda bir canlanma yaranmasına səbəb olub.

 

S.Sezer kəskin glomerulonefrit, diabetik mellitus və arterial hipertoniya ilə əsasən ağrılı böyrək zamanı xəstələrin qanlarında kreatin və digər zərərli maddələrin miqdarı normadan artıq aşkarlanarsa, hansı propfilaktik tədbirlərin görüləcəyi, hansı müalicə üsullarından istifadə ediləcəyi məsələsinə də toxunub. Böyrək çatışmazlığı olan hamilə qadınların qarşılaşdığı problemlər və problemləri aradan qaldırmağın yolları ilə bağlı məqamlar da geniş diskusiyaya səbəb olub.

 

Məruzəçi verilən suallarla bağlı iştirakçıları ətraflı şəkildə cavablandırıb. Seminar geniş disskusiya şəraitində sona çatıb.