ATU-nun Tədris Terapevtik Klinikasında “Ekokardioqrafiya” kursu keçirilib
Noyabrın 29-da Azərbaycan Kardiologiya Cəmiyyətinin (AKC) təşkilatçılığı ilə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında “Ekokardioqrafiya” kursu keçirilib.
 
 
AKC-nin Ekokardioqrafiya işçi qrupunun rəhbəri Fuad Səmədov təşkil olunan kursun həmkarlarının bilik səviyyəsinin artırılmasında müstəsna rol oynayacağını vurğulayaraq, onlara kursda aktiv iştirak ertmələrini tövsiyə edib.
 
 
 
Sonra Nigar Babazadə “Exokardioqrafik müayinənin ümumi prinsipləri”, Aysel İslamlı “Doppler ExoKQ və hemodinamik ölçümlər”, Sara Bayramzadə “Sol mədəciyin sistolik funksiyasının dəyərləndirilməsi “, Fuad Səmədov “Sağ mədəciyin ExoKQ dəyərləndirilməsi. Pulmonar hipertenziya”, Tahir Əhmədov “Kardiomiopatiyaların exokardioqrafik dəyərləndirilməsi”, Rövşən Əkbərov “Aortal qapaq patologiyalarının exokardioqrafik dəyərləndirilməsi”, Cəmil Babayev “Mitral qapaq patologiyalarının exokardioqrafik dəyərləndirlməsi”, Elşən Rzayev “Sadə anadangəlmə ürək qüsurları” mövzusunda çıxışlar edib. Məruzələrdən sonra mövzular ətrafında geniş disskusiyalar başlayıb və təşkil olunan kurs iştirakçıların böyük marağına səbəb olub.