Noyabrın 26-da Naxçıvan Muxtar Respublikasında Türk Şurası Gənc Liderlərinin I Forumu baş tutub. Forum, Azərbaycan,Türkiyə, Qırğızıstan, Qazaxıstan nümayəndə heyətinin iştirakı ilə keçirilib.
Açılışda Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov,Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimov,Türk Şurası Baş katibinin müavini Ömər Kocaman, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva,Türk Parlament Assambleyasının baş katibinin müavini Əli Yıldız iştirak ediblər.
Qeyd edək ki, bu forum Türkdilii dövlətlər arasında münasibətlərin daha da möhkəmlənməsinə təkan verəcəkdir.
Forumda ATU-nu Tələbə Gənclər Təşkilatının sədri Rauf Vəliyev təmsil edib.