ATU-da tələbələr dama üzrə yarışıblar

Azərbaycan Tibb Universitetində (ATU) tələbələr arasında dama oyunu üzrə yarış təşkil olunub. Yarışma ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə baş tutub. 

 

Yarışmada iştirak üçün 48 tələbə qeydiyyatdan keçsə də, onların 30-u oyunlara qatılıb. Dama üzrə yarışma 3 saata yaxın davam edib

 

Nəticədə birinci yeri ATU-nun stomatologiya fakültəsinin III kurs tələbəsi Rahib Qarayev, ikinci yeri II müalicə profilaktika fakültəsinin I kurs tələbəsi Səbinə Şabalova, üçüncü yeri isə I müalicə profilaktika fakültəsinin II kurs tələbəsi Toğrul Abdullayev qazanıb. Qaliblər ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən hədiyyələrlə ltif olunublar.