Azərbaycan Tibb Universitetinin (ATU) İctimai səhiyyə fakültəsinin V kurs tələbələri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda istehsalat təcrübəsi keçirlər.
ATU-nun rektoru, professor Gəray Gəraybəylinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin birgə təşəbbüsü ilə iki həftə ərzində tələbələr biliklərini praktikada tətbiq edəcəklər.
Tələbələr istehsalat təcrübəsində proqrama uyğun olaraq, “AGTA-nın quruluşu və ayrı-ayrı struktur bölmələri ilə tanışlıq” və “Qida təhlükəsizliyi üzrə qanunvericilik, sanitar-gigiyenik, baytar və fitosanitar normalar” adlı mövzular ilə tanış olublar.
Dərslərin müzakirə formasında keçilməsi və burada onlara hər bir şərait yaradılması tələbələrdə istehsalat təcrübəsinə marağı daha da artırıb.