ATU-nun TGT-ni təmsil edən “Dominators” komandası I yerə layiq görülüb

Azərbaycanda ilk dəfə ali təhsil müəssisələri arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Xəmsə” Milli İntellektual Oyunu üzrə Azərbaycan çempionatı keçirilib. Yarış Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Dillər Universitetinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

 

32 təhsil müəssisəsinin iştirak etdiyi çempionatda Azərbaycan Tibb Universitetinin Tələbə Gənclər Təşkilatının komandası “Dominators” l yerə layiq görülüb.

 

Komanda heyətinin tərkibini Fərid Qurbanlı, Zahid Əliyev, Radim Əzimov, Nurlan Abasquliyev və Mircavad Mirbabayev təşkil edir.