Azərbaycan Tibb Universitetinin Azərbaycan dili kafedrasında ulu öndər Heydər Əliyevin Anım Günü ilə bağlı tədbir keçirildi.
Tədbiri kafedranın kabinet müdiri İlahə Hacıyeva açaraq iştirakçıları salamladı və tədbirin mahiyyəti barəsində açıqlama verdi:”Bu gün xalıqmızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri olan ulu öndər Heydər Əliyevin Anım Günüdür. Heydər Əliyevin hakimiyyətdə olduğu 30 illik dövr xalqımızın illərlə həsrətini çəkdiyi müstəqilliyini əldə etməsi onun azad inkişafı və yüksəlişi uğrunda apardığı mübarizələr və qələbələr tarixidir. Bu böyük şəxsiyyətin ölümündən 15 il keçir. Azərbaycan Tibb Universitetinin Azərbaycan dili kafedrası olaraq bu kədərli günü qeyd edir, xarici və yerli tələbələrin iştirakı ilə hazırladığımız tədbiri sizə təqdim edirik.”
Sonra ulu öndərin həyat yolunu əks etdirən video-rolik nümayiş etdirildi. İctimai fənllər kafedrasının professoru Fəxrəddin Məmmədov, Epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev ulu öndərin keçdiyi şərəfli həyat yolundan söhbət açaraq iştirakçılara ətraflı şəkildə məlumat veridilər.
Tədbir zamanı H.Əliyevin sevdiyi şairlərin şeirləri və mahnılar xarici və yerli tələbələr tərəfindən səsləndirildi. H.Əliyev Fondunun vitse-prezidenti və eyni zamanda nəvəsi Leyla Əliyevanın babası haqqında yazdığı şeirlərin tələbələr tərəfindən qiraət olunması iştirakçıların ovqatına təsirsiz ötüşmədi.
Tələbələrdən Günəş Əliyeva, Nur Alina, Fərhad Namazov, Nicat Nəsibli, Məhəmməd Ərdəbilli, Vüsalə Məmmədli və digərlərinin çıxış və ifaları alqışlarla qarşılandı.
Balaca Fatimənin sonda ulu öndərə həsr olunmuş “Sən elə bir zirvəsən” mahnısını xüsusi həvəs və zövqlə oxudu. Bu, iştirakçılarda xoş əhval-ruhiyyənin yaranmasına səbəb oldu və hamı onu alqışlarla qarşıladı.