Bu günlərdə “Azərbaycan Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydə alınıb və təsdiq edilibdir.
“Azərbaycan Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyəti” İctimai Birliyinin sədri, REA-nın akademiki, ə.e.x., professor Vaqif Şadlinskinin sözlərinə görə, İctimai Birliyin qəbul edilmiş Nizamnaməsinə əsasən, “Azərbaycan Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyəti” İctimai Birliyi nəzdində “Nəzəri, klinik və eksperimental Morfologiya” jurnalının təsis edilməsinə icazə verilib.
Jurnalın Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi məcmuələri siyahısına daxil edilməsi haqqında vəsatət qaldırılıb.
Üzümüzə gələn 2019-cu ilin sentyabr ayında indiki insan anatomiyası və tibbi terminologiya kafedrasının yaradılmasının 100 illiyinin qeyd edilməsi və bu münasibətlə beynəlxalq elmi konfransın keçirilməsi planlaşdırılır. Konfransın tələbləri və qaydaları barədə məlumatlar internet saytında (http://www.jtcem.org/index.php/main) yerləşdirilib.