ATU rektoru prezident təqaüdçüsü olan tələbələrlə görüşdü
Görüş zamanı akademik, millət vəkili Əhliman Əmiraslanov ATU-ya hər il 20-dən çox Prezident təqaüdçüsünün daxil olduğunu bildirdi: "Siz yüksək bal toplamısınız, bu, çox yaxşı göstəricidir və sizinlə qürur duyuruq. Lakin Prezident təqaüdçüsü adını qazanmaq nə qədər çətindirsə, onu qorumaq daha çətindir. Sizə gələcək təhsilinizdə də belə bacarıqlı olmağı, bu adı qoruyub saxlamağı, elə bu göstəricilərlə də universiteti bitirməyi arzulayıram".
Akademik Əhliman Əmiraslanov tələbələrə ATU-da təhsil sistemi, universitetin tədris korpusları, yenicə istifadəyə verilmiş Cərrahiyyə Klinikası, həmçinin oğlanlar üçün 1 saylı tələbə yataqxanasının açılışı haqqında məlumat verdi. Rektor bildirdi ki, artıq kafedraların əksəriyyəti elə ATU klinikalarında yerləşir ki, bu da vaxta qənaət etməyə, dərslərin daha yüksək səviyyədə keçirilməsinə imkan yaradır. Onun sözlərinə görə, gələcəkdə ümumiyyətlə tələbələrin universitet kampusundan kənara çıxmasına ehtiyac qalmayacaq.
Ə.Əmiraslanov ATU-da imtahanlarda insan faktorunun aradan götürüldüyünü, yoxlamaların yalnız virtual qaydada keçirildiyini tələbələrə xatırlatdı: "Universitetdə tələbələrin biliyi obyektiv qiymətləndirilir. Hər kəs bilməlidir ki, artıq bu sistemə rektorun özü də müdaxilə edə bilmir".
ATU rektoru prezident təqaüdçülərinin yataqxanada yerlə təmin olunması haqqında göstəriş verdi. Görüşün sonunda tələbələrə Onkologiya üzrə yeni nəfis tərtibatlı dərslik hədiyyə olundu, xatirə fotosu çəkdirildi.
Xatırladaq ki, 2013/2014-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 nəfərə Prezident təqaüdü veriləcək. Onlardan 26 nəfəri ATU-nun tələbələridir.

2013-2014-cü tədris ilində ATU-ya daxil olmuş Prezident təqaüdçülərinin siyahısını təqdim edirik:
I Müalicə-profilaktika fakültəsi

1. Paşazadə Aytən Vaqif qızı - 700
2. Rüstəmova Rəfiqə Çingiz qızı - 695
3. Ağasiyeva Günel İkirəm - 690
4. Axundova Klara Tabir qızı - 690
5. Ağayeva Leyla Orxan qızı - 687
6. Carçıyeva Fəridə Radət qızı - 687
7. Alxasova Şəhla Vasif qızı - 686
8. Allahverdiyev Yaqub Tarverdi oğlu - 685
9. Əhmədova Nəcibə İlqar qızı - 685
10. Kərimov Kamran Nurəddin oğlu - 685
11. Şıxəliyev Yunis Azər oğlu - 681
12. Cavadzadə Nuranə Şahin qızı - 680

II Müalicə-profilaktika fakültəsi
1. Müslümov Osman Məmmədhüseyn oğlu - 700
2. İskəndərova Əsmər Valeh qızı - 695
3. Cabarova Banuçiçək Rəşid qızı - 691
4. Haqverdiyeva Aysel Oqtay qızı - 690
5. Nuri Nəzrin Etibar qızı - 690
6. Quliyeva Ruqiyyə Abbas qızı - 687
7. Fərhadlı Nigar Fəxrəddin qızı - 685
8. Əhmədova Nərgiz Əhməd qızı - 685
9. Seyfullayeva Gülay Sabir qızı - 685
10. Əhmədova Aytac Ramiz qızı - 682
11. Əhmədova Arzu Qeys qızı - 682
12. Əmirxanlı Ceyhun Əmrah oğlu - 681
13. Babayev Samir Mübariz oğlu - 681
14. Zahidov Rasif Salam oğlu - 680