Rezidentlər üçün mühazirə keçirilib

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında “Terapevtik və pediatrik propedevtika” kafedrasında yenidən rezidentlər üçün mühazirələr təşkil olunub. 

 

Kafedra müdiri, əməkdar elm xadimi,  professor İbrahim İsayev  “Uşaqlarda ürəyin kiçik anomaliyaları: variantları və kliniki xüsusiyyətləri”  mövzusunda ilk mühazirəni  təqdim edib. Mühazirədən sonra diskussiyalar aparılıb.

 

Mühazirədə rezidentlərlə yanaşı, kafedra əməkdaşları da iştirak ediblər. Tədbirin sonunda rezidentləri maraqlandıran suallara aydınlıq gətirilib, bu sahədə mövcud olan problemlərə və onların aradan qaldırılması məsələsi ilə bağlı müzakirə aparılıb. Qeyd edək ki, ATU-nun Tədris Terapevtik Klinikasında rezidentlər üçün bu cür mühazirələr mütəmadi olaraq təşkil ediləcək.