ATU-da tibb bacıları üçün növbəti təkmilləşdirmə kursu təşkil edilib

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında tibb bacıları üçün növbəti təkmilləşdirmə kursu təşkil edilib.

 

ATU-nun Tədris Cərrahiyyə Klinikasının Baş Tibb bacısının təşəbbüsü ilə həyata keçirilən seminarda Neyrocərrhiyyə və Travmatologiya-Ortopediya şöbələrinin tibb bacıları iştirak ediblər. Hər iki şöbənin məsul tibb bacıları “Hipofiz adenoması”, “Artroplastika, Bud canaq koksartrozu” mövzularında öz təcrübələrindən və apardıqları araşdırmalar əsasında öyrəndikləri yenilikləri həmkarları ilə bölüşüblər.

 

Qeyd edək ki, bilik, bacarıq və peşəkar vərdişlərin inkişaf etdirilməsi yolu ilə əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi məqsədilə həyata keçirilən təkmilləşdirmə kursları mütamadi olaraq klinikanın bütün şöbələrində həyata keçiriləcək.