ATU-da əmək haqqı qaldırıldı

ATU-nun Mətbuat xitmətindən bildiriblər ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənabları tərəfindən təhsil sahəsinə daim xüsusi önəm verilir və qayğı göstərilir.

 

Bütün bunların nəticəsidir ki, ATU-da təhsilin inkişafı üçün çox əhəmiyyətli tədbirlər reallaşdırılır. Universitetdə çalışan professor-müəllim və digər işçilərin sosial rifahının yüksəlməsinə, maddi durumun yaxşılaşdırılmasına da xüsusi diqqət göstərilir.

 

Belə ki, ATU-nun Elmi şurasının qərarına əsasən 2019-cu ilin mart ayının 1-dən etibarən universitetin bütün əməkdaşlarının əlavə əmək haqqı məbləğinin 20% artırılması barədə qərar qəbul edilib.

 

Bundan əlavə universitetdə ingilis dilində dərs deyən müəllimlərin bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə imtahan keçirilib. İmtahanda yüksək nəticə göstərən tam ştat işləyən müəllimlərin maaşlarına 120 AZN, yarım ştat işləyənlərə isə 60 AZN əlavə olunacağı haqqında qərar verilib.