Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Həmkarlar İttifaqı Komitəsinin genişləndirilmiş iclası keçirilib.
İclasda universitetin idarə edilməsi, fəaliyyətinə dair bəzi məsələlər müzakirə olunub. O cümlədən, universitet əməkdaşlarının məvaciblərinin artırılmasına dair məsələ də müsbət qarşılandı.
ATU-nun HİK komitəsinin sədri Cahangir Qasımov, ATU-nun baş mühasibi İlqar Mehrabov və ATU-nun təsərrüfat və təchizat şöbəsinin müdiri Elçin Əlizadənin rəhbərliyi ilə keçirilən iclasda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonda yaxın aylarda ATU-da həyata keçiriləcək layihələr, tədbirlər haqqında müzakirələr aparılıb, bəzi qərarlar verilib