Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli universitetdə çalışan xanımları qarşıdan gələn bayram münasibətilə təbrik edib.
Rektor G.Gəraybəyli qeyd edib ki, xanımlar ATU kollektivinin böyük hissəsini təşkil edir: “Universitetin inkişafı hər birinizin gündəlik əməyindən asılıdır. Heç bir kollektiv, heç bir ailə qadın olmadan inkişaf edə bilməz, irəli getməz. Bəlkə də gündəlik həyatda büruzə verməsək də, biz xanımların əməyini daim yüksək qiymətləndirirk”.
Professor Gəray Gəraybəyli ATU kollektivində təmsil olunan xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək, onlara işlərində uğurlar və ailə səadəti arzu edib.