Türk cərrahı ATU-nun qonaq professorudur

Azərbaycan Tibb Universiteti (ATU) xarici ölkələrin aparıcı ali məktəbləri, xüsusilə Türkiyənin tibb təhsil müəssisələri ilə əlaqələri gücləndirir. Mütəmadi olaraq ortaq konfrans və simpoziumlar keçirlir, mübadilə proqramları əsasında tədbirlər təşkil olunur.

 

Bu tədbirlər çərçivəsində Türkiyənin Qazi Universitetinin cərrahiyyə kafedrasının profesoru, cərrah Mustafa Kerem ATU-nun Tədis Cərrahiyyə Klinikasında 1 il müddətinə transplantologiya şöbəsində təmsil olunacaq. Professor M.Kerem əsasən qaraciyər cərrahiyyəsi üzrə klinikada keçirilən əməliyyatlara iştirak edəcək, şöbənin iş prosesi ilə tanış olacaq.

 

Professor M.Kerem növbəti bir ildə ATU ilə əməkdaşlıq çərçivəsində elmi tədqiqat işləri aparmaq niyyətindədir: “Qaraciyər əməliyyatları, transplantologiyası üzrə işlərimiz olacaq. Həmçinin, burada seminar da keçirmək niyyətindəyəm. Ümumiyyətlə, ATU tələbələri üçün mütamadi olaraq təlimlər təşkil etməyi planlaşdırırq. Çünki bizim icra etdiyimiz əməliyyatlar çox ağır, mürəkkəb və dəqiq prosedurlardır”.

 

Professor Mustafa Kerem Türkiyə Qaraciyər Cərrahi dərnəyinin II başqanıdır. Müxtəlif illərdə “Memorial Sloan Ketring Cancer” Mərkəzi, Toronto Uuniversitetinin “Toronto General Hospital Liver Transplantation an HPB Surgery” departamentidə qonaq professor kimi çalışıb. 9 beynəlxalq dərnək üzvüdür. Bir çox konqreslərdə, elmi simpoziumlarda mühazirələrlə çıxış edib. 50-dən artıq elmi məqaləsi dərc olunub.