ATU-nun Tələbə Gənclər Təşkilatı "Sosial beyin" mövzusunda seminar keçirib

Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə seminar keçirilib. "Sosial beyin" mövzusunda olan seminar "Orxanway Coaching" şirkətinin təsisçisi və rəhbəri, təlimçi Orxan Şahbazın təqdimatında baş tutub.

 

Tədbirdə 350 nəfər tələbə iştirak edib. Seminar çərçivəsində karyera, uğur, xoşbəxtlik və s. mövzularda müzakirələr aparılıb. Tədbir çox interaktiv şəkildə davam edib.