Azərbaycan Tibb Universitetinin (ATU) I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, Azərbaycan Bariatrik-Metabolik cərrahlar dərnəyinin sədri t.ü.f.d. Taryel Ömərov piylənmənin idarə olunmasına həsr edilmiş beynəlxalq nəzəri-praktik konqresdə çıxış edib.
Aprelin 19-da baş tutan tədbir Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Piylənmənin Tədqiqi üzrə Avropa Assosiasiyası (EASO- European Association for the Study of Obesity) və ANDOP akademiyası tərəfindən təşkil olunub. Konqresdə dünyada piylənmənin idarə olunması sahəsində son elmi araşdırmalar aparmış professorlar və aparıcı mütəxəssislər tərəfindən təlimlər keçirilib.
T. Ömərov bu beynəlxalq konqresdə "Bariatrik cərrahiyyə əməliyyat növləri və göstərişləri" mövzusunda çıxış edib.
Beynəlxalq konfransda Piylənməyə multidisiplinar yanaşma ortaya qoyulub, qloballaşmaqda olan bu problemin hər bir aspektinə toxunulub. Toplantıda mütəxəssislər piylənmənin profilaktikası, Bariatrik və metabolik cərrahiyyə, uşaqların piylənməsi, piylənmənin farmakoterapiyası, ixtisaslaşmış piylənmə ilə mübarizə mərkəzlərinin yaradılması və s. Kimi mühüm mövzularda müzakirələr aparıblar.