Azərbaycan Tibb Universitetinin nümayəndələri Şimali Kipr Respublikasında keçirilən XIV Endoskopik, laporoskopik cərrahiyyə konqresində iştirak ediblər. Aprelin 19-23-də baş tutan tədbirdə universiteti dosent Müşfiq Həsənov, ATU-nun elmi tədqiqat mərkəzinin müdiri, professor Qalib Qarayev, cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Nuru Bayramov təmsil ediblər.
Müşfiq Həsənov konqresdə “Apendikulyar mənşəli hipertetinlər zamanı qarın boşluğunun azonlaşmış hipoxlorid natri məhlulu ilə sanosiyasının effektivliyi” mövzusunda məruzə ilə çıxış edib. Dosent M.Həsənov həmçinin, konqresin panellərindən birində münsiflər heyətinin üzvü qismində ATU-nu təmsil edib. Eyni zamanda, professor Qalib Qarayev və profesor Nuru Bayramov da konqresin digər panellərində münsiflər kimi fəaliyyət göstəriblər.
Qeyd edək ki, bir çox ölkədən mütəxəssisləri öz ətrafına toplayan bu konqres Türkiyə Endoskopik Laporoskopik Cərrahlar Dərnəyi və Middle Easters Endoskopik Cərrahiyyə Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilib.