ATU-nun şüa diaqnostikası kafedrasında TEC-in konfransı keçirilib

23 aprel Azərbaycan Tibb Universitetinin (ATU) Şüa diaqnostikası və şüa terapiyası kafedrasında tələbə elmi cəmiyyətinin konfransı keçirilib.

 

Qeyd olunub ki, bu il kafedradan TEC-ə 23 sayda elmi iş təqdim olunub. 

 

Tədqiqatlar müasir dövrdə aktuallıq kəsb edən xəstəliklərin diaqnostikası və müxtəlif müayinə metodlarının imkanlarının müqayisəli araşdırılmasına yönəldilib. Tələbələrin cıxışları dinlənilib və 10 fərqli cıxış tələbə elmi cəmiyyətinin yekun konfransına təqdim edilib.