ATU tələbələri yazıçı Rövşən Abdullaoğlu ilə görüşüblər

Bu günlərdə Azərbaycan Tibb Universitetinin tələbələri ilə tanınmış yazıçı, psixoloq Rövşən Abdullaoğlunun görüşü olub. Görüş ATU Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə baş tutub.

 

ATU-nun THİK sədri Elvin Kərimov qeyd edib ki, təşkilat tələbələr arasında yarışlar təşkkl etməklə yanaşı, həm də bu cür görüşlər keçirir. Məqsəd isə gənclərin gələcək karyerası və inkişafını stimullaşdırmaq, onlara mənəvi dəstək olmaqdır. Yazıçı Rövşən Abdullaoğlu ilə görüş tələbələrin öz istəyi və seçimi əsasında təşkil olunub. 
Görüş zamanı R.Abdullaoğlu öz həyatı və fəlaiyyəti haqqında tədbir iştirakçılarına məlumat verib. Sonda tələbələrin sualları cavablandırılıb, imza mərasimi keçirilib.