Aprelin 29-da Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrası tərəfindən təşkil edilmiş "Sinaptopatiyalar və Paroksizmal sindromlar" mövzusunda seminar keçirilib.
Seminarın açılışında Nevrologiya kafedrasının müdiri, əməkdar elm xadimi, professor Şərif Mahalov Azərbaycanda genetik xəstəliklərin araşdırılmasının aktuallığı haqqında çıxış edib. Daha sonra London Universitet kollecinin professoru Henry Houldenin məruzəsi dinlənilib.
Azərbaycan Tibb Universiteti ilə London Universitet Kolleci arasında görüş keçirilmiş və gələcək əməkdaşlıq prinsipləri müzakirə olunub. Görüş çərçivəsində professor Aytən Məmmədbəylinin və professor Henry Holdenin təşəbbüsü ilə Azərbaycan Tibb Universiteti və London Universitet Kollecinin Nevrologiya institutu arasında nevrologiya sahəsində aktual problemləri və xəstəlikləri özündə birləşdirən ortaq elmi tədqiqatların aparılmasının perspektivlərindən söhbət açılmış və qurumlar arasında əməkdaşlıq müqaviləsinin bağlanmasının əhəmiyyəti xüsusi vurğulanıb.