ATU tələbələri beynəlxalq konfransda iştirak ediblər

30.04.2019 tarixində Azərbaycan Tibb Universitetinin 3-cü kurs MPF1 tələbələri Cavid Mustafazadə və Hafiz Həsənov Bakı Mühəndislik Universitetinin təşkil etdiyi Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransında iştirak ediblər.

 

Böyük marağa səbəb olan konfransda yerli və xarici universitetlərdən göndərilən 700-dən çox məqalə və məruzələr müxtəlif mövzular üzrə təqdim olunub.

 

Tələbələr öz elmi araşdırmalarını nümayiş etdirib, müsbət qiymətləndirilib və sertifikatlarla təltif olunublar.

 

Sonda elmi araşdırmaların tezisləri konfransın rəsmi jurnalında dərc olunub.