ATU Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 20 aprel 2019-cu il tarixində Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi və “Nəsimi İli” münasibətilə Xəmsə Milli İntellektual Oyunu üzrə ATU Çempionatı təşkil olunub.
Məlumat üçün bildirək ki, oyun çərçivəsində 16 komanda yarışa qoşularaq mübarizə aparıb. Seçim mərhələsindən sonra 8 komanda mübarizəni davam etmək imkanı qazanıb. Növbəti raundlarda oynayan komandalardan müvafiq olaraq “Dionis” 1-ci, “Losers” 2-ci, “Vermişel” isə 3-cü yerə layiq görülüb. Oyun ərzində daha çox suala cavab verən I Müalicə işi fakültəsinin II kurs tələbəsi Nəzrin Eynizadə isə “Günün Ən Yaxşı Oyunçusu” adına layiq görülüb.
İlk 3 yeri qazanan komanda üzvlərinə sertifikatlar və bədii ədəbiyyat nümunələri təqdim olunub.
“Günün ən yaxşı oyunçusu”na və 1-ci yeri qazanan komanda üzvlərinə Edulandiya Təhsil və Konsultasiya mərkəzi tərəfindən TUS endirimli dərs kuponları hədiyyə olunub. “Dionis” komandasının üzvləri Zakir Süleymanov, Nərmin Quluzadə, Əli Babazadə, Səmid Məmmədli, Nəzrin Eynizadə;“Losers” komandasının üzvləri Vüqar Əlizadə, Hüseyn Nəbiyev, Nihad Qəhrəmanlı, İlkin Əhmədov, Kənan Mahmudzadə,“Vermişel” komandasının üzvləri Calal Abudov, Afina Mustafayeva, Nisə Quluzadə, Bəsrə Qasımova, Tünzalə Bayramovadır.