ATU-nun Azərbaycan dili kafedrasının dosenti Dürdanə Rəhimzadə iki beynəlxalq toplantıda məruzəçi qismində iştirak edib.

D.Rəhimzadə 27-29 aprel tarixlərində Türkiyənin Antalya şəhərində ASEAD V Beynəlxalq Sosial Elmlər Simpoziumunda “Oğuz dillərindəki ərəb alınmalarında məna dəyişmələri” mövzusunda məruzə ilə çıxış edib. Dünyanın müxtəlif ölkələrindən 250-dən çox iştirakçının qatıldığı bu tədbirdə əməkdaşımızın məruzəsi maraqla qarşılanıb.

 

Dosent Dürdanə Rəhimzadə 2-4 may tarixlərində isə Ankarada keçirilən İNNOVATİON AND GLOBAL ISSUES konqresinin işinə qatılıb. Dürdanə xanım orfoqrafiyamızda ən çox müzakirə doğuran məqamdardan birinə toxunub. O, “–İyyat, -iyyət” sonluqlu alınmalar və onların etimologiyası” mövzusunda məruzə edib. Bu məruzə də aktiv müzakirələrə səbəb olub.

 

Qeyd edək ki, məruzələrin mövzusu D.Rəhimzadənin bitirməkdə olduğu doktorluq işi ilə əlaqəlidir. Bu, ATU əməkdaşının 2019-cu ildə qatıldığı dördüncü beynəlxalq tədbirdir. İndiyə qədər D.Rəhimzadə İsveç, Bosniya, Rumıniya, Türkiyə, Polşa və digər ölkələrdə keçirilən beynəlxalq qurultay və konfranslarda universitetimizi layiqincə təmsil edib.