II Müalicə-profilaktika fakültə TEC-in elmi konfransı olub

 

Mayın 7 və 8-də Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının konfrans zalında II Müalicə-profilaktika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin elmi konfransı keçirilib.

 

Konfransa bu il 110 tələbə tərəfindən 75 elmi iş təqdim olunmuşdur ki, bu işlərdən 44-ü kafedra dərnəkləri konfranslarında seçim mərhələsindən keçərək konfransın məruzə çıxış proqramına daxil edilmişdir. İki gün davam edən konfransı giriş sözü ilə fakültənin dekanı, dosent İsrail Məhərrəmbəyli açıb. İ.Məhərrəmbəyli ənənəvi olaraq II Müalicə-profilaktika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin konfransının keçirildiyini bildirib: “ Biz hər il may ayında biz TEC-in konfransını keçiririk. Tələbələrimiz bu dönəmdə istər nəzəri, istərsə də kliniki kafedralarda uzun müddət tədqiqat işləri aparıblar. Tələbələr apardıqları tədqiqat işlərini bu gün qarşınızda nümayiş etdirəcək, bir növ gördükləri işin hesabatını verəcəklər”. 


Sonra sözü Universitetin Elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərova verib. R.Bəylərov çıxışında keçirilən konfransı “elmin festivalı, TEC-in bayramı” adlandırıb. 
Qeyd edib ki, hər bir gənc bir il ərzində böyük elmi işin araşdırması ilə məşğul olub, xeyli zəhmət sərf ediblər. Tibb Universitetinin hər bir müəllim, dosent, professor, akademik dərəcəsinə çatanların hamısı bu mərhələni keçiblər: “Hər bir tələbə gələcəyin alimidir. Ona görə də hər biri tədris dövründə özünü sınamalıdır. Hesab edirəm ki, tələbələrin etdiyi hər bir çıxış konfrans iştirakçılarında böyük elmi maraq oyadacaq”-deyən prorektor onlara uğurlar arzulayıb.

 

Sonra ATU-nun II Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Amaliya Əyyubova çıxış edib. Tələbələrə uğurlar arzulayaraq, onlardan ümidverici çox şeylər gözlədiyini bildirib. Tələbələrin hərtərəfli yetişməyində bu cür elmi işlərin aparılmasının vacibliyini qeyd edib. II Müalicə-profilaktika fakültəsində elmi araşdırmalar ilə bağlı işlərin qanedici olduğunu vurğulayıb.

 

Məruzəçilərdən TEC-in sədri, dosent Müşfiq Həsənov, II Müalicə-profilaktika fakültə TEC-in rəhbəri, dosent Aqil Əliyev və II Müalicə-profilaktika fakültə TEC-in sədri Fidan Bəylərova da çıxışlarında tələləbələrə uğurlar arzulayıb və bir sıra lazımi tövsiylərini veriblər. 

Açılış nitqində bu il konfransın təşkili eləcə də fakültənin TEC-nin fəaliyyətində bir sıra yeniliklər qeyd olunub. Belə ki, bu il ilk dəfə olaraq konfransın münsiflər heyəti fakültə tələbələrin arasında keçirilmiş geniş miqyaslı obyektiv sorğu əsasında müəyyən olunmuşdur, bundan əlavə heyətin tərkibinə faklültənin akademik göstəriciləri və aktiv fəaliyyəti ilə fərqlənən 6 nəfər tələbəsindən ibarət münsif şura daxil edilmişdir. Bu şuranın çıxışları qiymətləndirdikləri balların ədədi ortası, müəllimlərdən ibarət bir münsif üzvün qiymətləndirmə balına adekvat hesab edilib.

Bu il ənənəvi olaraq konfransa təqdim olunan bütün elmi işlərin sonda jurnal şəklində çap olunacağı və bütün müəlliflərin sertifikatla təltif olunacağı qeyd edilib.
Sonra elmi araşdırmalarla bağlı tələbələrin çıxışlarına növbə verildi. Hər çıxışın sonunda sual-cavab üçün nəzərdə tutulan vaxtda münsiflər və auditoriya tərəfidən iştirakçılara suallar verildi. Təqdim olunan çıxışların hazırlıq səviyyəsi və mövzuların aktuallığı münsiflər heyəti tərəfindən xüsusi qeyd edildi.

İki gün davam edən konfransın ilk günündə:

Cərrahi ixtisaslar üzrə I yerə Afina Süleymanova, II Yerə Aytən Abbasova, Ləman Hüseynli, III yerə Təbriz Cavadov,

Terapevtik ixtisasları üzrə I yerə Səbinə Hacıyeva, II yerə Lamiyə Əliyeva, III yerə Hüseyn Kosayev, Nərmin Mirzəli, Sara Əhmədova;

Konfransın 8 may tarixli keçirilən 2-ci günündə:

Patoloji və klniki fənlər üzrə I yerə Məmtiyeva Zeynəb,Həsənzadə Şəkər II yerə Şirinova Sonaxanım, Rzazadə Ramazan, Cəfərova Gülnar, Əliyeva Təhminə III yerə Kərimli Azad, Ebru Məmmədova, Hüseynzadə Şəhribanu

Təməl və Nəzəri fənlər üzrə I yerə Quluzadə Səma, Məmmədova Səbinə II yerə Namazov Fərhan İsmayılov Mirxəzər III yerə Məmmədov Heydər, Əliyev Coşqun, Kərimova Aytac layiq görülüblər.

Çıxışların qiymətləndirilməsi prossesinə xüsusi obyektiv yanaşma  və konfransın təşkilati işi həm universitet rəhbərliyi həm tədbir iştirakçıları tərəfindən yüksək qiymtləndirib.

Sonda qaliblər, münsiflər heyəti, təşkilati heyətin üzvləri fakültə rəhbərliyi və fakültə TEC sədarəti tərəfindən diplom və sertifikatlarla təltif olunublar.

Konfrans “Uniwest” MMC-nin maliyə dəstəyi ilə həyata keçirilib, şirkət tərəfindən bu il konfransa elmi işlərini təqdim edən 110 tələbəyə kursun nəznində fəaliyyət göstərən alman dili proqramı üçün xüsusi güzəştlər təqdim olunub.