Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Əczaçılıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) elmi konfransı keçirilib. Konfransdan bir neçə gün öncə poster məruzələrə baxış olub.
“AvroMed” QSC şirkətinin maliyyə dəstəyi ilə baş tutan konfransı fakültə üzrə TEC-in rəhbəri dosent Nərgiz Məmmədova açıb. Daha sonra tələbələr Azərbaycan Tibb Universitetinin himnini səsləndiriblər. Daha sonra bu ilki konfransa hazırlıq işlərini əks etdirən iki hissəli video çarx təqdim olunub.
Əczaçılıq fakültəsinin dekanı dosent Kamandar Yaqubov öz məruzəsində TEC-in fəaliyyəti haqqında ətraflı məlumat verib, tələbələrə işlərində uğurlar diləyib.
Qeyd edək ki, 2018-2019-cu tədris ilində fakültə TEC-in işinə 64 tələbə cəlb olunub. Konfransa 64 tələbə qatılıb və onlar ümumilikdə 45 iş təqdim ediblər.
Qiymətləndirmə saf və obyektiv keçirilib. Hər bir tələbə diqqətlə dinlənilib və onlara mövzu ətrafında suallar verilib. 14 tələbə (13 iş) isə müxtəlif nominasiyalar üzrə yerlər uğrunda mübarizədə qalib olublar.
Konfransın sonunda qaliblər elan olunub. 11 nəfərdən ibarət münsiflər heyətinin seçiminə görə, “Ən yaxşı eksperimental iş” nominasiyasının qalibləri aşağıdakılardır:
III kurs, 801b qrupu, Hüseynzadə Aytəkin. Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrası. Mövzusu - “Nanoqranulların alınma texnologiyası”. Elmi rəhbəri: ə.ü.f.d.,b.m. S.Ə.Tağıyev.;
IV kurs, 841A qrupu, Kazımzadə Hüseyn. Əczaçılıq kimyası kafedrası. Mövzusu -“Maclura pomifera meyvələrində flavonoidlərin öyrənilməsi”. Elmi rəhbər: Prof. Mövsümov İ.S.;
IV kurs, 842B qrupu, Nağıyev Elvin. Farmakoqnoziya kafedrası. Mövzusu -“Azərbaycanda becərilən çin çayının bəzi farmakoqnostik tədqiqi”. Elmi rəhbər: Prof. İsayev C.İ.,
III kurs, 172b qrupu, Əliyev Nurlan. Farmakologiya kafedrası. Mövzusu -“Psixotrop maddələrinin eksperimental heyvanların davranışına təsirinin öyrənilməsi”. Elmi rəhbər: t.e.n. , dos. F.D.Abdulkərimova ,b.e.n. , b.m. Ş.M.Poluxova.;
IV kurs, 842A qrupu, Qədimova Günel. Əczaçılıq kimyası kafedrası. Mövzusu -“Sartanların nümayəndələri və onların analiz xüsusiyyətləri”. Elmi rəhbər: b.m. Məmmədov F.İ.
“Ən yaxşı referativ iş” nominasiyasının qalibəri:
I kurs, 518R-1a qrupu, Əsgərova Gülmaya. İctimai fənlər kafedrası. Mövzusu -“Zərifə Əliyeva - ana, həkim və alim”. Elmi rəhbər: b.m. A.B.Təhməzova.;
I kurs, 218A-3a qrupu, Xəlil Yusuf. Biofiziki və bioüzvi kimya kafedrası. Mövzusu - “Sabunlaşan mürəkikəb lipidlər”. Elmi rəhbər: Dos. Ç.H.İsmayılova.
“Ən yaxşı poster” nominasiyasının qalibləri:
II kurs, 817A1 qrupu, Məmmədbəyli Qəmər. Ümumi və toksikoloji kimya kafedrası. Mövzusu - “İkivalentli misin ß-alaninlə komplekslərinin toksikliyinin və bioloji fəallığının tədqiqi”. Elmi rəhbər: Dos. Acalova G.İ.;
IV kurs, 841b qrupu, Rəsulova Aytac. Ümumi və toksikoloji kimya kafedrası. Mövzusu - “Alüminium birləşmələrinin qaraciyərdə vəsfi sübutu”. Elmi rəhbər: Ass. Bədəlova K.K.;
II kurs, 817I3 Ali Al-Nıdawı Riyadh Jabbar. Farmakoqnoziya kafedrası. Mövzusu - “Zaqafqaziya pişiknanəsi (Nepeta transcaucasica) bitkisinin efir yağının alınması və antimikrob təsirinin öyrənilməsi”. Elmi rəhbər: Dos. N.H.Məmmədova.
III kurs, 800B, Xəlilli Vüsalə. Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrası. Mövzusu - “Optimal aptek çeşidinin formalaşmasında logistikasının rolu”. Elmi rəhbər: b.m. E.A.Quliyeva.
“AvroMed” şirkəti tərəfindən seçilən iş” nominasiyasının qalibləri:
II kurs, 817A3 qrupu Abasova Ayan. “Abşeronda becərilən dərman rozmarini (Rosmarinus officinalis L.) bitkisinin vegetativ orqanlarının anatomik tədqiqi”. Elmi rəhbər: Dos. N.H.Məmmədova, Ass. V.V.Məmmədova.;
III kurs, 804 və II kurs, 817R1qrupları Süleymanova Jalə, Reklin İlya. Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrası. Mövzusu - “Искусство продажи медикаментов на рынке фармацевтического бизнеса”. Elmi rəhbər: Dos. Zülfüqarova N.S.
Qaliblərin hər biri diplom, hədiyyə və pul mükafatı ilə təltif olunublar. Digər iştirakçılar isə “AvroMed” şirkəti tərəfindən hədiyyələr və sertifikatlarla mükafatlandırılıblar. Konfransın sonunda “AvroMed” şirkətinin fəaliyyəti haqqında məruzə dinlənilib. Ümumilikdə tədbir yüksək səviyyədə baş tutub və konfransın işi həm iştirakçılar, həm də izləyicilər tərəfindən yüksək qiymətləndirilib.