ATU-nun kafedra müdiri Sağlam nəslin formalaşmasında məktəb-ailə əməkdaşlığı” tədbirdə iştirak edib

ATU-nun “Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru Şəhla Balayeva Azərbaycan Dövlət Pedoqoji Universitetində tələbələr, müəllim, şagird və valideynlər üçün keçirilən Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş “Sağlam nəslin formalaşmasında məktəb-ailə əməkdaşlığı” mövzusunda tədbirdə iştirak edib.

 

Təşkil olunan tədbir ailədə uşaqlarla münasibətlərin düzgün qurulması, onların fiziki və pisixi sağlamlığına qayğı, təhsil müddətində sosial adaptasiyasına nəzarət, çətin məqamlarda mütəxəssis dəstəyindən yararlanmaqla bağlı maarifləndirmə məqsədini daşıyır.