Azərbaycan Tibb Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin aprel ayı üçün hesabat seçki iclası keçirilib. Hesabat tədbiri çərçivəsində ayın tələbəsi seçkisi və yeni təşkilati heyət seçkiləri baş tutub.
ATU-nun THİK-in sədri Elvin Kərimli tədbir iştirakçılarına aprel ayı boyunca keçirilən tədbir və işlər haqqında məlumat verib.
THİk-in tədbirlərində mütəmadi, aktiv iştirakına görə tələbələr Qaysar Şabanov, Nihad Novruzov və Vüsalə Məhərrəmli "ayın ən aktiv tələbəsi" sertifikatına layiq görülüblər.
Daha sonra təşkilat heyətinin yeni strukturu açıqlanıb. Cavid Mustafazadə və Rəşad Məmmədli ATU-nub Tələbə Həmkarlar İttifaqının sədr müavini, Nihad Novruzov teatr dərnəyi üzrə sədr, Sərxan Cəfərli media departamentinin rəhbəri, Vüsalə Məhərrəmli film klubunun rəhbəri olaraq təyin ediliblər.
Sonda klub və departamentlərin( "Teatr dərnəyi" ; "Film klubu" ; "Media departamenti" ; "Debat klubu") yaradılması qərara alınaraq ideya və təkliflər müzakirə edilib, may ayı üçün tədbirlər planı hazırlanıb.