Türkmənistan səfiri ATU-nun qonağı olub

Bu gün Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mekan İşanqulıyev Azərbaycan Tibb Universitetində qonaq olub. ATU rektoru, professor Gəray Gəraybəyli ilə görüş zamanı tibb təhsili sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

 

Professor Gəray Gəraybəyli xarici tələbə sayına görə Azərbaycan Tibb Universitetinin ölkəmizdə lider olduğunu qeyd edərək onlar arasında Türkmənistanda olan tələbələrin azlıq təşkil etdiyini bildirdi. Belə ki, ATU-nun 2 minə yaxın əcnəbi tələbəsi arasında cəmi 7 tələbə bu ölkədəndir. Rektor gələcəkdə Türkmənsitandan daha çox tələbə cəlb edəcəkləinə əmin olduğunu bildirdi: “Tibb təhsili sahəsi daim inkişafda olan bir sahədir. Ona görə də bu sektorda həmişə bilik mübadiləsinn aparılmasına ehtiyac var. Bu baxımdan, digər ölkələr kimi Türkmənistanla da əlaqələrin möhkəmləndirilməsinə, münasibətlərin dərinləşdirilməsinə tələbat var”.

 

Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mekan İşanqulıyev ATU rəhbərliyi ilə tanışlıqdan məmnun olduğunu bildirdi. Universiteti qarşıdan gələn 90 illik yubileyi münasibətilə təbrik edən səfir M.İşanqulıyev Türkmənistandan olan tələbələrin təhsil səviyysi, aktivliyi ilə maraqlandı: “Bu gənclər ölkəmizi təmsil eidrlər, burada təhsilə yiyələnib Türkmənistana qayıdacaqlar. Biz onların yüksək səviyyəli təhsil almasında, ixtisaslı kadr kimi yetişməsində maraqlıyıq. Bu baxımdan, ATU ilə əlaqələrin də inkişafını arzulayırıq”.

 

Görüşdə Azərbaycan və Türkmənistan arasında tibb təhsili və səhiyyə sahəsində əlaqələrin gücləndirilməsi, hər iki ölkənin təhsil sisteminin inkişafı naminə mübadilənin dərinləşdirilməsi, bu istiqamətdə görülə biləcək tədbirlər haqqında müzakirələr aparılıb.

 

Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Orxan İsayev və Türkmənistanın Azərbaycandakı səfirinin birinci katibi Ovezgeldi Cumanazarov da iştirak edirdilər.