ATU-da “EKQ göstəriciləri : norma və patologiya

Azərbaycan Tibb Universitetomom (ATU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Ümumdünya Hipertoniya ilə Mübarizə Gününə həsr olunmuş seminar keçirilib.

 

ATU-nun 4 saylı tədris binasında keçirilən seminar, II Daxili Xəstəliklər kafedrasının dosenti Könül Məmmədyarovanın təqdimatında “EKQ göstəriciləri : norma və patologiya" mövzusunda olub.

 

Seminarda iştirakçılara ürək hüceyrələri (kardiomiositlər), onların oxşar və fərqli cəhətləri, funksiyları, kardiomiositlərn membranındakı kanalları, EKQ-də olan dişciklər, ürək vurğularının təyin edilməsi üsulları, ürəkdə avtomatizm mərkəzləri və onların funksiyaları və s. mövzular haqqında geniş məlumat verilib.

 

Seminar zamanı interaktiv sual-cavab mərhələləri baş tutub. Sual-cavab mərhələsində aktiv iştirak edən 20 tələbə sertifikatla təltif olunub. Seminarın sonunda məruzəçi ilə xatirə şəkli çəkdirilib və diplom təqdim olunub.