Tələbələr "Mahmud və Məryəm" tamaşasını təqdim etdilər

Mayın 21-də ATU Tələbə Həmkarlar İttifaqının (THİK) nəzdində yaradılan teatr dərnəyinin təşkilatçılığl ilə Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanmış "Mahmud və Məryəm" tamaşası nümayiş etdirildi.

 

Nümayişdən öncə çıxış edən ATU THİK-in sədri Elvin Kərimli tələbələrin asudə vaxtının düzgün təşkil olunması üçün komitə tərəfindən mütəmadi tədbirlərin reallaşdırıldığını bildirdi. Onun sözlərinə görə, təkcə son 2 ayda “Tibbdə Jest dili” təlimi ilə tanınmış yazıçı-psixoloq Rövşən Abdullaoğlu ilə görüş, şahmat və dama yarışları, tibb tələbələri üçün intellektual yarışlar və s. təşkil olunub. Tamaşanı da bu qəbildən olan tədbirlərin davamı kimi qiymətləndirən E.Kərimli gecənin təşkilində zəhməti keçən hər kəsə, xüsusilə Cavid Mustafazadə və Nihad Novruzova təşəkkkür etdi.

 

Tamaşaya quruluş verən BDU Tələbə Həmkarlar İttifaqının nümayəndəsi Nurel Kərim bu layihədə ATU THİK ilə əmaldaşlıq etməyin çox xoş olduğunu deyib. O, ATU tələbələrinin dərs qrafiklərinin ağır olmasına baxmayaraq, incəsənətə vaxt tapıb belə bir tamaşa ərsəyə gətirdikləri üçün çox məmnun olduğunu bildirib.

 

Sonra isə səhnə tələbələrə verilib. “Mahmud və Məryəm” böyük maraqla izlənilib. Tamaşada dramatik səhnələr tələbələr tərəfindən məharətlə canlandırılıb. Tədbirdə iştirak edən tələbə və müəllimlər nümayişdən razı qaldıqlarını bildiriblər.

Nümayişdən sonra teatr dərnəyinin sədri Nihad Novruzov ilk tədbirinin təşkil olunmasında dəstəyinə görə universitet rəhbərliyinə öz təşəkkürünü bildirib. O, gələcəkdə daha maraqlı tamaşalar hazırlayacaqlarını vəd edib.
Qeyd edək ki, “Mahmud və Məryəm”də rolları aşağıdakı tələbələr ifa edib: 
Abbasova Aygün
Hüseynov Nizami
Məmmədli Yunis
Novruzov Nihad
Qasımova Şövkət 
Əliyeva Dilbər
Mirzəyev Eyyub
Nurel Kərim 
Çingiz Hacıyev
Allahverdiyeva Nigar
Cabbarlı Elbəy