ATU-nun Tədris Terapevtik Klinikasında “Komorbid patologiya ilə xəstələrin müalicəsinə multidissiplinar yanaşma” mövzusunda konfrans keçirilib

Mayın 24-də Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında “Gedeon Richter” Şirkətinin sponsorluğu ilə “Komorbid patologiya ilə xəstələrin müalicəsinə multidissiplinar yanaşma” mövzusunda konfrans keçirilib.

 

Konfransda Tədris Terapevtik Klinikasının Qastroenterologiya və revmatologiya şöbəsinin müdiri, professor Sahib Musayevin “Revmatoloji xəstəliklərdə xroniki ağrı sindromunun müalicəsi”, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun Kliniki Neyrofiziologiya Laboratoriyasının rəhbəri, professor Sədaqət Hüseynovanın “”Hipertenziv ensefalopatiyaların müalicəsində yeni imkanlar”, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun kardiologiya üzrə mütəxəssisi, professor İsfəndiyar Ələkbərovun “Ürək-damar xəstəliklərtinin müalicəsində AÇFİ-in yeri. Lizinoprilin üstünlükləri” mövzularında çıxışları dinlənilib.

 

Eyni zamanda dərman vasitələrinin xəstəliklərə göstərdiyi müsbət təsirlərdən də söhbət açılıb. Konfrans öz işini geniş müzakirələrlə başa vurub.