25 may Dünya Qalxanabənzər Vəz günü münasibətilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında pulsuz müayinə aksiyası keçirilib. Qalxanabənzər vəz xəstələrinin ödənişsiz müayinəsi Tədris Cərrahiyyə Klinikasının cərrah-endokrinoloqu Azər Hümmətov tərəfindən həyata keçirilib. Həkim A.Hümmətovun sözlərinə görə, aksiyada 50-yə yaxın xəstə ətraflı müayinə olunub. Müraciət edənlərin 25-nin qalxanvari vəzində düyünlər aşkarlanıb. Müayinədən keçənlərin 14-də Haşimoto tireoiditi müəyyən olunub. Digərlərinin qalxanvari vəzində problem aşkarlanmayıb. Bəzi xəstələrə qalxanvari vəzin hormonal müayinəsi üçün müvafiq təyinatlar verilib.
Müayinədən keçən insanlar təşkil olunmuş aksiya üçün ATU və Tədris Cərrahiyyə Klinikasının rəhbərliyinə minnətdarlığını bildiriblər. Müayinə aksiyasında gənc endokrinoloqlar da iştirak ediblər.