Tələbələr Nabranda istirahət ediblər

Mayın 25-də Azərbaycan Tibb Universitetinin (ATU) II müalicə profilaktika fakültəsinin rəhbərliyi və bir qrup tələbəsi ATU-nun Nabranda yerləşən “Təbib” istirahət düşərgəsinə səfər ediblər.

 

ATU-nun Həmkarlar İttifaqı Komitəsi tərəfindən təşkil olunmuş gəzintidə dekan İsrail Məhərəmbəyli, dekan müavinləri Arzu Bəydəmirova, Sevinc Məhərrəmova, tələbə dekanı Məhərrəm Alimli və 27 tələbə iştirak edib. Gəzintinin məqsədi semestrin sonunda fakültənin əlaçı tələbələri, prezident təqaüdçüləri, tədrisdə yüksək nailiyyətlər göstərən tələbələrin universitet tərəfindən qiymətləndirilməsi, bu tələbələrin stimullaşdırılmasından ibarət olub.

 

HİK sədri Cahangir Qasımov tələbə və fakültə rəhbərliyini “Təbib” istirahət mərkəzindəki şəraitlə tanış edib. Qonaqlar mərkəzin otaqlarını gəziblər, aprıln abadlıq işləri ilə tanış olublar. C.Qasımov gələcəkdə “Təbib” mərkəzində tələbələrin ailələrinin də istirahətinin təşkil oluna biləcəyini vurğulayıb. 

 

Sonra qonaqlara mərkəzin mənzərəli restoranında süfrə açılıb. Gənclərin istirahətini yüksək səviyyədə təşkil etmək məqsədilə dəniz kənarında oyunlar keçirilib.

 

C. Qasımov semestrdə yaxşı nəticə göstərən tələbələri təbrik edib. Fakültə dekanı İ.Məhərəmbəyli isə tələbələrə dekanlıqla daim sıx əlaqədə olmağı məsləhət görüb, onlara təhsildə uğurlar arzulayıb. Qeyd olunub ki, bu cür gəzintilər gələcəkdə də təşkil olunacaq. Tələbələr səfərin təşkili üçün unviersitet və fakültə rəhbəliyinə, həmçinin HİK sədribə təşəkkür ediblər.