Tələbələrin “Həkim Qaşe” Rəsm klubu açılıb

Azərbaycan Tibb Universitetinin (ATU) İctimai Səhiyyə fakültəsinin Tələbə Gənclər Təşkilatının idarə heyəti tərəfindən yaradılmış "Həkim Qaşe" rəsm klubunun açılış mərasimi keçirilib. Açılış tədbiri ATU-nun həyətində, açıq havada baş tutub. Tədbirdə rəsm çəkmək bacarığı olan tələbələr iştirak ediblər.

 

Mərasimdə ATU Tələbə Gənclər Təşkilatının İctimai səhiyyə fakültəsi üzrə sədri Xətayə Quliyeva klubun təsis olunması və fəaliyyəti haqqında iştirakçılara məlumat verib. O, tələbələri asudə vaxtlarını səmərəli və faydalı keçirməsi üçün onları kluba üzvlüyə dəvət edib. Klubun sədri Günəş Əliyeva isə qurumun məqsəd və vəzifələrindən danışıb.

 

Sonda mərasim iştirakçılarının hər bir rəngli əl izlərini kağıza həkk edib.

 

Məlumat üçün qeyd edək ki, Tələbə Gənclər Təşkilatının tərkibində hazırda Şən və Hazırcavablar, rus ,ingilis və alman dillərində danışıq, sağlamlıq, kitab və kino və.s klubları fəaliyyət göstərir. ATU Tələbə Gənclər Təşkilatının ümumilikdə 3 mindən çox üzvü var.