Hər il 31 May Dünya Tütünlə Mübarizə Günü kimi qeyd olunur. Elə buna rəğmən ATU-nun Tədris Terapevtik Klinikasında Plumnologiya və allerqologiya şöbəsinin rəhbərliyinin təşəbbüsü ilə Dünya Tütünlə Mübarizə Gününə həsr olunmuş konfrans keçirilib.
Konfransda Plumnalogiya və allerqologiya şöbəsinin həkim-rezidenti Dilarə Baxşəliyeva “ Siqaretin zərərləri və siqareti buraxma üsulları”, assistent Əlizamin Sadıqov “ “Siqaretin səbəb olduğu xəstəliklər – Ağciyərin interstsial xəstəliyi” mövzularında məruzələrlə çıxış ediblər.
Məruzəçilər çıxışlarında tütünün tərkibindəki zərərli maddələrdən, onların insan orqanizmdə yaratdığı çoxsaylı xəstəliklərdən, siqareti tərgitmə və bu zərərli vərdişlə mübarizə yollarından, tütünü atan şəxslərin orqanizmində baş verən müsbət dəyişikliklərdən və s. söhbət açıblar. Həmçinin siqaret çəkənlərin təkcə özlərini deyil, ətrafdakı insanları da ciddi şəkildə zəhərlədiklərini və bu səbəbdən siqaret isdifadəçilərinə ətrafdakı insanlara diqqətli olmalarını tövsiyə ediblər.
Konfrans geniş diskussiya şəraitində işini başa vurub.